Bazar , Sentyabr 19 2021
Home / iqtisadiyyat / Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir

Azərbaycan İranla sərhəddə körpü tikmək istəyir

“Azərbaycanın İranla sərhədində yeni körpünün tikintisinə bu il başlanılması planlaşdırılır”.

Bu barədə MediAktiv.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli verdiyi məlumata, əsasən , xəbər verir.

Onun sözlərində görə, Astaraçay çayı üzərində tikiləcək körpü İranın magistral yolunu birləşdirəcək: “Hazırda körpünün tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır. AAYDA sədri Saleh Məmmədovun iştirakı ilə İrana rəsmi səfərlər təşkil edilib və körpünün tikintisi ilə bağlı müzakirələr aparılıb. Yeni tikililəcək körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna aiddir”.

A.Nəcəfli vurğulayıb ki, Rusiya sərhədində Samur çayının üzərində körpünün tikintisi ilə bağlı layihəni iki ölkə birgə maliyyələşdirib: “İranla sərhəddə olan körpünün inşaasında da həmin maliyyələşdirmə mexanizmi tətbiq edilə bilər”.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac …