Bazar , Fevral 23 2020
Home / iqtisadiyyat / Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini aşağı salıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, uçot dərəcəsi 13 faizdən 11 faizə endirilib.

Onun sözlərinə görə, AMB, həmçinin faiz dəhlizinin yuxarı həddinin 16-dan 14 faizədək azaldılması barədə qərar qəbul edib: “Faiz dəhlizinin aşağı həddi 8 faiz səviyyəsində saxlanılıb”.

Bununla belə, Mərkəzi Bank sədri 2018-ci il ərzində uçot dərəcəsinin növbəti dəfə azaldılacağını istisna etməyib.

Həmçinin oxuyun

Monteneqrodakı Azərbaycan bankının sahibi dəyişib

Monteneqroda fəaliyyət göstərən Azərbaycana məxsus “Nova Banka Polgorica” SC-nin (əvvəllər “Azmont Bank”) sahibi dəyişib. MediAktiv.az …