Çərşənbə , Yanvar 20 2021
Home / iqtisadiyyat / Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Bu il noyabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,78 bənd təşkil edib.

MediAktiv.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,01 bənd çox, yanvarın 1-nə nisbətən 0,7 bənd az, illik müqayisədə isə 1,02 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Həmçinin oxuyun

Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti …