Bazar , Sentyabr 19 2021
Home / iqtisadiyyat / Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 12,278 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.

MEDİAKTİV.AZ bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-noyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,178 milyard dollara yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artıb.

Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 16,68 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycan təxminən 2,4 milyard dollar məbləğində 16,3 milyard kubmetr qaz ixrac etmişdi.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac …