Çərşənbə axşamı , İyun 25 2019
Home / iqtisadiyyat / Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması azalıb

Azərbaycanda əhalinin əmanətlərinin dollarlaşması azalıb

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il dekabrın 1-nə 62,56% təşkil edib.

MEDİAKTİV bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,98 faiz bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 63,54%, oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən, dollarlaşma səviyyəsi 2018-ci ilin əvvəlinə 66,5% olub.

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 2018-ci il dekabrın 1-nə 073,5 mln. manat təşkil edib ki, bunun da 051,1 mln. manatı xarici valyutada yerləşdirilib. 

Həmçinin oxuyun

Beynəlxalq Bankdan Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün kredit kampaniyası

Azərbaycan Beynəlxalq Bankı 23 avqust – Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə xüsusi …