Şənbə , Mart 28 2020
Home / iqtisadiyyat / Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

“Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar”.

MediAktiv.az xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur:

“İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır”.

Həmçinin oxuyun

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 42 min 853 manat vəsait köçürüb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 42 min 853 manat  vəsait köçürüb …