Cümə axşamı , Avqust 13 2020
Home / iqtisadiyyat / Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb

Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb

Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduğuna görə Həcc ziyarəti üçün ödəniş edənlərin bir hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

MediAktiv.az-ın verdiyi məlumata görə, bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.

Həmçinin oxuyun

Azərbaycanda 190 manat avqustda da ödəniləcək

“Azərbaycanda iqtisadi və sosial məsələlər öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə …