Cümə axşamı , Yanvar 21 2021
Home / iqtisadiyyat / Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

MediAktiv.az-ın məlumatına görə, noyabrın 20-də qızılın qiyməti noyabrın 19-u ilə müqayisədə 1,7 manat (0,05 faiz) artaraq 1 unsiya üçün 3 175,3535 manat təşkil edib.

Gümüş 0,0438 manat (0,11 faiz) ucuzlaşaraq 1 unsiya üçün 41,0735 manata bərabər olub.

Platinin qiyməti 30,3705 manat (1,9 faiz) artaraq 1 627,444 manat, palladiumun qiyməti 9,146 manat (0,23 faiz) artaraq 3 971,9055 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 56,5505 manat (1,1 faiz) ucuzlaşıb, gümüş 0,5139 manat (1,2 faiz) ucuzlaşıb, platin 169,201 manat (11,6 faiz) bahalaşıb, palladium 25,6275 manat (0,6 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 669,7915 manat (26,7 faiz) bahalaşıb, gümüş 11,9363 manat (41 faiz) bahalaşıb, platin 82,824 manat (5,4 faiz) bahalaşıb, palladium 975,4005 manat (32,6 faiz) bahalaşıb.

Həmçinin oxuyun

Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti …