Çərşənbə , Fevral 24 2021
Home / iqtisadiyyat / Azərbaycanda qızıl ucuzlaşıb

Azərbaycanda qızıl ucuzlaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

MEDIAKTIV.AZ-ın məlumatına görə, yanvarın 25-də qızılın qiyməti yanvarın 22-i ilə müqayisədə 14,2375 manat (0,45 faiz) azalaraq 1 unsiya üçün 3 153,1855 manat təşkil edib.

Gümüş 0,018 manat (0,04 faiz) bahalaşaraq 1 unsiya üçün 43,5271 manata bərabər olub.

Platinin qiyməti 23,7065 manat (1,25 faiz) azalaraq 1 875,355 manat, palladiumun qiyməti 27,744 manat (0,69 faiz) azalaraq 4 003,823 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 48,6965 manat (1,5 faiz) ucuzlaşıb, gümüş 0,3835 manat (0,9 faiz) ucuzlaşıb, platin 130,951 manat (7,5 faiz) bahalaşıb, palladium 22,4655 manat (0,6 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 501,5255 manat (18,9 faiz) bahalaşıb, gümüş 13,2892 manat (43,9 faiz) bahalaşıb, platin 171,564 manat (10,1 faiz) bahalaşıb, palladium 135,4985 manat (3,3 faiz) ucuzlaşıb.

Həmçinin oxuyun

Bu il Azərbaycan 6 min tondan çox karbamid ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 6,2 min ton azot gübrəsi ixrac edib. MEDIAKTIV.AZ Dövlət Gömrük …