Çərşənbə , Yanvar 20 2021
Home / iqtisadiyyat / Azərbaycanda yeni alüminium zavodu üçün texniki əsaslandırma hazırlanır

Azərbaycanda yeni alüminium zavodu üçün texniki əsaslandırma hazırlanır

“Azərbaycan Sənaye Korporasiyası” ASC yeni alüminium zavodunun texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün elan etdiyi təkliflər sorğusuna yekun vurub.

MediAktiv.az  xəbər verir ki, sorğunun qalibi “Deloitte and Touche” MMC-dir.

Qlib şirkətə 196 718 manat ödəniləcək.

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Həmçinin oxuyun

Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti …