Cümə axşamı , Yanvar 21 2021
Home / iqtisadiyyat / Azərbaycanda “Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması” layihəsi reallaşdırılacaq

Azərbaycanda “Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması” layihəsi reallaşdırılacaq

ASAN Xidmət” tamamilə yerli, Azərbaycan brendidir və bu konsepsiyasının hazırlanması, tətbiqi və təkmilləşməsində yalnız azərbaycanlı mütəxəssislər iştirak edir.

Bunu mətbuata Elektron Hökumətin İnkişafı Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, bu cür yanaşma elektron hökumətin qurulması məsələsində də tətbiq olunur. Yerli ekspertlər və mütəxəssislər cari layihələrin reallaşdırılması üzərində işləyir:

“Amma biz xarici təşkilatlarla birgə layihələrdə maraqlıyıq və birlikdə işləyirik. Belə ki, Rəqəmsal Hökumət proqramı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə reallaşdırılıb”.

Bundan başqa, qurumdan bildiriblər ki, Almaniya Beynəlxalq Əməkdaşları Cəmiyyətinin sponsorluq dəstəyi ilə Gəncə, Masallı və Qubada “Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması” layihəsi reallaşdırılacaq.

Bu layihə həmin regionlarda rəqəmsal savadlılığın qiymətləndirilməsinə, eləcə də zəruri xidmətlərin elektronlaşdırılmasına yönəlib.

Həmçinin oxuyun

Azərbaycanda yeni “Zəfər” qızıl-mis yatağı kəşf edilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti …