Bazar ertəsi , İyul 26 2021
Home / iqtisadiyyat / Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb

Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 14,022 milyon dollar təşkil edib.

Bu barədə MEDIAKTIV.AZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin apreli ilə müqayisədə 20,9 faiz artıb və 3,284 milyon dollara bərabər olub.

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 6,336 milyard dollar təşkil edib.

Son 12 ay ərzində (aprel 2020 – aprel 2021) Türkiyə 18,665 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Həmçinin oxuyun

Azərbaycan Ukraynaya neft ixrac edən yeganə ölkədir

Bu ilin yanvar – aprel ayları ərzində Ukrayna 142,6 milyon ABŞ dolları məbləğində 377,38 min ton neft idxal edib …