Çərşənbə , Oktyabr 23 2019
Home / iqtisadiyyat / “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, bölgələrə əlavə texnika cəlb edilib:
“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə material və maşın-mexanizmlər cəlb edilib. Bu isə baş verə biləcək kəsinti və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

“Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisi təchizatında qısamüddətli kəsinti olduğunu qeyd edib:
“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq ”Muxtadı” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qidalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Ağstafa rayonları ərazisindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib.

T.Mustafayev istehlakçılara da müraciət edib:
“Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də, istehlakçılardan xahiş edirik, ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem yaxud qəza halı gördükdə 24 saat fəaliyyət göstərən “199” saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı son məlumata görə, bu gün güclü Şimal-Qərb küləyi müşahidə ediləcək. Bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.

Həmçinin oxuyun

Əhaliyə şad xəbər – 1400 iş yeri açılacaq

Azərbaycanda 1400-ə yaxın iş yeri açılacaq. Mediaktiv.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilən Kollegiya …