Çərşənbə , İyul 15 2020
Home / iqtisadiyyat / “AzerGold” QSC irihəcmli ixrac əməliyyatlarını davam etdirir

“AzerGold” QSC irihəcmli ixrac əməliyyatlarını davam etdirir

Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.

MediAktiv.az bildirib ki, mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.

Qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 084 658.62 ABŞ dolları (20 543 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 250 507.23 ABŞ dollarına (73 525 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.

Həmçinin oxuyun

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub

Bu ilin ilk yarısında Gürcüstan 787,05 mln kilovatt/saat həcmində elektrik enerjisinin idxalını həyata keçirib. MediAktiv.az-ın …