Bazar , Sentyabr 19 2021
Home / iqtisadiyyat / Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur.

MEDIAKTIV.AZ bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 49,5 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9,4 faiz artıb.

Yanvar-avqust aylarında Azərbaycanın magistral kəmərləri ilə 22,634 milyard kubmetr qaz nəql olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz çoxdur.

Həmçinin oxuyun

SOCAR avqustda Ukraynaya 15 min tona yaxın aviasiya yanacağı tədarük edib

Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi – “SOCAR Energy Ukraine” şirkəti bu …