Çərşənbə , Dekabr 2 2020
Home / iqtisadiyyat / Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12 milyard manatı ötüb

Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12 milyard manatı ötüb

2020-ci ilin yanvar-may aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,5 milyard manat təşkil edib.

MediAktiv.az-ın məlumatına görə, sənaye məhsulunun 75,2 faizi mədənçıxarma, 21,9 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 84,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,1 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2020-ci il vəziyyətinə 263,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Həmçinin oxuyun

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,33 ABŞ dolları, …