Bazar , Sentyabr 19 2021
Home / iqtisadiyyat / Böyük Britaniya Azərbaycandan məhsul idxalını artırıb

Böyük Britaniya Azərbaycandan məhsul idxalını artırıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Böyük Britaniyaya ixracat ümumilikdə 227,5 milyon dolları keçdi ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artımın olduğunu (23 dəfə) göstərir.

MEDIAKTIV.AZ-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Azərbaycanın ümumi ixracatında payı 2020-ci ilin yeddi ayında 0,11 faizə qarşı 2 faizə çatıb.

Bununla yanaşı, 2021-ci ilin iyul ayının sonuna qədər Azərbaycana Böyük Britaniya məhsullarının idxalı 164,1 milyon dollar təşkil edib və Böyük Britaniyanın bir il ərzində Azərbaycanın ümumi idxalındakı payı 0,42 faiz azalaraq ümumi həcmin 2,61 faizinədək düşüb.

İki ölkə arasında 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarının həcmi 391,6 milyon dolları keçib. Eyni zamanda, Azərbaycan ilə Böyük Britaniya arasındakı ticarət balansının saldosu hesabat dövründə müsbət olub və 63,4 milyon dollar məbləğində qiymətləndirilib.

Ümumiyyətlə, Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,69 milyard dolları keçib. Bunlardan ixrac 11,39 milyard dollar (64,4 faiz), idxal 6,3 milyard dollar (35,6 faiz) təşkil edib.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac …