Şənbə , Noyabr 21 2020
Home / iqtisadiyyat / “Brent” markalı neftin qiyməti bahalaşıb

“Brent” markalı neftin qiyməti bahalaşıb

“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında 1,86 faiz artaraq 45,02 barrel/dollara çatıb.

MediAktiv.az xəbər verir ki, bu barədə məlumat ticarət platformasında qeydə alınıb.

Bu növ neftin qiyməti sonuncu dəfə bu il 11 noyabrda 45 dollar/bareldən yuxarı olmuşdur.

Saat 23:44-ə olan məlumata əsasən, “Brent” markalı neftin qiymətində artım yavaşlayıb və 44,99 barrel/dollar (+1,79%) məbləğində satılırdı. Eyni zamanda, “WTI” markalı neftin qiyməti 42,42 barrel/dollar olub, bu da əvvəlki satışların bağlanışından 1,24 faiz çoxdur.

Həmçinin oxuyun

Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb. MediAktiv.az-ın məlumatına görə, noyabrın 20-də qızılın qiyməti noyabrın 19-u …