Bazar , İyun 20 2021
Home / iqtisadiyyat / Bu günə olan məzənnə

Bu günə olan məzənnə

   Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 13-ə olan məzənnəsini açıqlayıb.

   AMB-dən  verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 12-i müqayisədə dəyişməyərək 1,7029 manat olub.

   Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8058 manatdan 1,8175 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0299 manatdan 0,0301 manatadək artıb.

   Türkiyə lirəsinin məzənnəsi 0,4600 manatdan 0,4668 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1256 manatdan 2,1394 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7088 manatdan 0,7119 manatadək artıb.

Həmçinin oxuyun

Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb

2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə …