Cümə , Yanvar 15 2021
Home / iqtisadiyyat / Bu il Azərbaycanda 4,8 mln ton neft emal edilib

Bu il Azərbaycanda 4,8 mln ton neft emal edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft emalı 4,8 mln ton təşkil edib.

MediAktiv.az bu barədə Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neft emalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

Həmçinin oxuyun

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb. MEDIAKTIV.AZ -ın məlumatına görə, yanvarın 12-də qızılın qiyməti yanvarın 11-i ilə …