Bazar , İyul 12 2020
Home / iqtisadiyyat / Dollar ucuzlaşdı, manat digər valyutalar qarşısında zəiflədi!

Dollar ucuzlaşdı, manat digər valyutalar qarşısında zəiflədi!

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 19-a olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 18-i müqayisədə 0,02% ucuzlaşaraq 1,7022 manat olub.

Avro isə manata nisbətən artıb. Avrozonanın vahid valyutası 1,8124 manatdan 1,8246 manatadək bahalaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə dəyişməyərək 0,0303 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4593 manatdan 0,4655 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1391 manatdan 2,1833 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7118 manatdan 0,7130 manatadək bahalaşıb.

Həmçinin oxuyun

Azərbaycan idmançılarına veriləcək maliyyə yardımının məbləği açıqlandı

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyasının maliyyə fəsadlarını azaltmaq üçün idmançılara edəcəyi maliyyə yardımının detallarını …