Çərşənbə axşamı , İyul 14 2020
Home / iqtisadiyyat / EIA: OPEC+ çərçivəsində hasilatın azaldılması sazişi uzadıla bilər

EIA: OPEC+ çərçivəsində hasilatın azaldılması sazişi uzadıla bilər

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, OPEC+ çərçivəsində gündəlik neft hasilatının 1,7 mln. barel azaldılmasına dair sazişin müddəti 2020-ci ilin sonunadək uzadıla bilər.

Mediaktiv.az– ın Agentliyə istinadən verdiyi məlumata görə, proqnoza əsasən, neft ehtiyatlarının artması fonunda OPEC bu ilin dekabr ayında qəbul edilən azaltma qərarını gələn ilin axırına kimi uzadacaq.

Proqnoza görə, OPEC üzrə gündəlik neft hasilatı 2019-cu illə müqayisədə 0,5 mln. barel azalaraq 2020-ci ildə 29,3 mln. barel təşkil edəcək.

Qeyd edək ki, bu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Həmçinin oxuyun

SOCAR “Cənub Qaz Dəhlizi”nə investisiya həcmini açıqlayıb

Bu günə qədər “Cənub Qaz Dəhlizi” QSC layihə gəlirləri, nizamnamə kapitalı və səhm vəsaitlərindən istifadə …