Şənbə , Sentyabr 21 2019
Home / iqtisadiyyat / Hazır olun! Dollarla bağlı mühüm xəbərdarlıq edildi

Hazır olun! Dollarla bağlı mühüm xəbərdarlıq edildi

ABŞ Mərkəzi Bankı Fed-in Atlanta şöbəsinin sədri Ceyms Bullard (James Bullard), faizlərin yəqin ki, uzun bir müddət daha aşağı qalacağını deyib.

Bullard, faizlərin yəqin ki, uzun bir müddət daha aşağı qalacağını, çünki iqtisadiyyatın aşağı məhsuldarlıq, aşağı işçi qüvvəsi və investorların təhlükəsiz aktivlər istəmələri səbəbiylə çətinlik çəkdiyini qeyd edib.

Bullard, ABŞ iqtisadiyyatının aşağı iqtisadi artım vəziyyətində göründüyünü deyib və “Siyasət faizi, bu gün haradasa iqtisadi artım ilə uyğun bir səviyyədədir” şəklində danışıb.

Fed/Mester: Mərhələli faiz artımı davam etməlidir

Klivlend Fed sədri Loretta Mester isə Mərkəzi Bankın iqtisadiyyatın həddən artıq qızmasının qarşısını almaq üçün mərhələli faiz artımına davam etməsi lazım olduğunu deyib.

Mester Çikaqoda çıxışında məşğulluq hədəfinin qarşılandığını, bəzi zəif göstəricilərə baxmayaraq inflyasiyanın hədəfə yanaşdığını bildirərək faiz artırımının davam etməsi lazım olduğunu söyləyib.

Mesterin gələn il FOMC-da səsvermə hüququ olacaq.

Mester ilk rübdə iqtisadiyyatdakı zəifliyin orta müddətli mənzərəyə dair gözləntisini dəyişmədiyini bildirərək “İlin geri qalanında istehlakçı xərclərində toparlanma gözləyirəm” ifadəsini istifadə edib. Mester 4.5 trilyon dollarlıq balansı il sonunda kiçiltməyə başlamaq lazım olduğu ritorikanı da təkrarlayıb.

Fed rəsmiləri Mart ayında faiz artırmış, ötən həftədəki iclasda isə faizi dəyişdirməmiş ,ancaq bu il 2 dəfə faiz artımı olacağına işarə etmişdi. Çox investor növbəti faiz artımının İyun ayında baş verəcəyini gözləyir.

Mənbə: marja.az

Həmçinin oxuyun

Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib.NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir