Çərşənbə , Oktyabr 28 2020
Home / iqtisadiyyat / “İqlim otağı”nda müxtəlif gül növləri yetişdirilir

“İqlim otağı”nda müxtəlif gül növləri yetişdirilir

Naxçıvan Yaşıllaşdırma Xidmətinin “İqlim otağı”nda müxtəlif gül növləri yetişdirilir. Fidanların yaz fəslində əkin sahələrində istifadə olunması nəzərdə tutulub.
Muxtar respublikada yaşıllıq sahələrinin ilbəil artırılması və yeni meyvə bağlarının salınması tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirib. Məhz buna görə də ötən ilin iyun ayında Naxçıvanda müasir ağacyetişdirmə sahəsi – “İqlim otağı” fəaliyyətə başlayıb. İqlim otağının fəaliyyətə başlaması muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın ödənilməsinə geniş imkan yaradıb. İl ərzində burada 105 min müxtəlif növ ağac, gül və bəzək bitkiləri yetişdirilir. Hazırda “İqlim otağı”nda qızılgül, qar gülü, karnikroza, şümşad, ev gülləri və digər dekorativ güllər yetişdirilir. Bu güllərin toxumları təsərrüfatın özündə əldə edilir.

“İqlim otağı”nda tinglər və gül kolları açıq havaya nisbətən daha tez böyüyür. Bu da daxili tələbatı iki dəfədən artıq ödəməyə imkan verir.Burada yetişdirilən güllər muxtar respublikanın park və xiyabanlarını bəzəməklə yanaşı, evlərə də yaraşıq verir. Qarşıdan yaz əkinləri dövrü gəlir və artıq indidən təsərrüfatda yaz əkinlərinə hazırlıq işləri aparılır.Qeyd edək ki, bir neçə il bundan əvvəl muxtar respublikada müxtəlif tinglərə və gül kollarına olan tələbatın bir hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin yaradılan şərait imkan verir ki, tələbat tamamilə yerli istehsal hesabına ödənilsin.Müəssisədə ərazilərə uyğun meyvə və həmişəyaşıl tinglər, bəzək kolları və güllər yetişdirilir. Bu zaman yerli sortlara daha çox üstünlük verilir.

Əbülfəz DÜNYAMALIYEV

Həmçinin oxuyun

Azərbaycanda qızıl bahalaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə bahalaşıb. MediAktiv.az-ıb məlumatına görə, oktyabrın 28-də qızılın qiyməti oktyabrın 27-i …