Bazar , İyul 12 2020
Home / iqtisadiyyat / İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aztəminatlı ailələrə iyun ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən MediAktiv.az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Hazırda 84 100 ailə (350 mindən çox ailə üzvü) ünvanlı sosial yardımla təmin olunur.
Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir.

Həmçinin oxuyun

SOCAR “Cənub Qaz Dəhlizi”nə investisiya həcmini açıqlayıb

Bu günə qədər “Cənub Qaz Dəhlizi” QSC layihə gəlirləri, nizamnamə kapitalı və səhm vəsaitlərindən istifadə …