Şənbə , Sentyabr 21 2019
Home / iqtisadiyyat / Manatı olanlara şad xəbər

Manatı olanlara şad xəbər

Bu gün səhər saatlarında dolların alışı 1.6850 manatdan 1.6800 manata, satışı isə 1.6900 manata düşüb

Bu gün “qara bazar”da dollar ucuzlaşıb. Səhər saatlarında dolların alışı 1.6850 manatdan 1.6800 manata, satışı isə 1.6900 manata düşüb. Dollardan fərqli olaraq, avronun “qara bazar”da alışı bahalaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8600 manatdan 1.8800 manata yüksəlib, satışı isə 1.9000 manat olaraq qalıb. Bu arada, banklararası ticarətdə də dollar yenidən ucuzlaşıb. “Bloomberg” terminalında dollar günə 1.6950 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,10% dəyər itirməsi deməkdir. Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6967 manat məzənnəsi ilə yekunlaşmışdı. Qeyd edək ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini “Bloomberg” platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks “Bloomberg” ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Həmçinin oxuyun

Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib.NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir