Şənbə , İyul 20 2019
Home / iqtisadiyyat / Neft bazarlarını bu həftə iki mühüm xəbər gözləyir

Neft bazarlarını bu həftə iki mühüm xəbər gözləyir

Neft bazarlarındakı qiymətlərə bu həftə açıqlanacaq iki vacib xəbər təsir göstərəcək.

Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, iyunun 13-də OPEC təşkilatının, iyunun 14-də isə Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatları açıqlanacaq.

Bununla yanaşı, iyunun 14-də ABŞ-da kommersiya tipli neft ehtiyatları və gündəlik neft hasilatının həcmi barədə hesabat və iyunun 16-da “Baker Hughes” neft-qaz xidmətləri şirkətinin həftəlik neft quyuları barədə hesabatı gözlənilir.

Bu səbəbdən neftin qiymətində bu həftə dalğalanmaların artması ehtimal edilir.
“Report”un analitik qrupu bildirir ki, neftin qiyməti azalma trendinə daxil olub və 40 dollar/barel səviyyəsindən aşağı düşə bilər.

Qiymətlərin yüksəlməsi üçün neft bazarı olduqca müsbət xəbərlə üzləşməlidir. Bu halda neftin qiyməti 50 dollar/barel səviyyəsini ötə bilər.

Həmçinin oxuyun

Ekoloji qanunvericiliyin pozulmasına görə 32 min manatdan çox ödəmə tətbiq edilib

1-15 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir