Çərşənbə , Yanvar 22 2020
Home / iqtisadiyyat / Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib

Ötən ay Gürcüstan Azərbaycandan 1,9 min ton neft bitumu idxal edib

Bu ilin noyabr ayında Gürcüstan Azərbaycandan 1,9 min ton həcmində neft bitumu idxal edib.

Mediaktiv.az xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında məlumat verilib.

Bu göstərici noyabrda Gürcüstan ümumi neft bitumu idxalının 14,3%-ni təşkil edib. Hesabat dövründə Gürcüstan ümumilikdə 13,3 min ton neft bitumu idxal edib ki, bu da əvvəlki ayla müqayisədə 6,5 min ton və ya 32,8% azdır.

Noyabrda Gürcüstanın neft bitumu idxalının 72,9%-i (9,7 min tonu) İranın payına düşüb ki, bu da ölkələr üzrə ən yüksək göstəricidir.

Həmçinin oxuyun

AMB-nin valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Mediaktiv.az– ın məlumatına görə, …