Cümə axşamı , Aprel 2 2020
Home / iqtisadiyyat / Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq

Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq

Dövlət Neft Fondu Müşahidə Şurasında Azərbaycan Prezidentinin iki köməkçisi təmsil olunacaq.

Mediaktiv.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı

“Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə”  sərəncamında əksini tapıb.

Dövlət Neft Fondu Müşahidə Şurasının öncəki tərkibində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Natiq Əmirov təmsil olunurdu.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Neft Fondu Müşahidə Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, struktur islahatlardan sonra yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovdur. 

Həmçinin oxuyun

“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “Petkim” neft-kimya kompleksi koronavirus fonunda tibb məhsulları üçün xammal …