Cümə axşamı , Yanvar 14 2021
Home / iqtisadiyyat / Şahbuz rayonunda növbəti humanitar tibbi aksiya təşkil olunub

Şahbuz rayonunda növbəti humanitar tibbi aksiya təşkil olunub

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadası tərəfindən Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq, Kolanı və Kükü kəndlərində müayinələr aparılıb.

MediAktiv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi aksiyada müxtəlif ixtisas həkimləri iştirak ediblər.

Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 30 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.

Ahıl və yataq xəstələri başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.

Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb. MEDIAKTIV.AZ -ın məlumatına görə, yanvarın 12-də qızılın qiyməti yanvarın 11-i ilə …