Bazar , Sentyabr 19 2021
Home / iqtisadiyyat / SOCAR avqustda Ukraynaya 15 min tona yaxın aviasiya yanacağı tədarük edib

SOCAR avqustda Ukraynaya 15 min tona yaxın aviasiya yanacağı tədarük edib

Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi – “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 14,7 min ton aviasiya yanacağı idxal edib.

MEDİAKTİV.AZ-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında bildirilir.

Məlumata görə, Azərbaycan şirkətinin ölkəyə gətirdiyi aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Belə ki, Belarusdan 14,2 min ton, Litvadan isə 0,5 min ton aviasiya yanacağı alınıb.

Ümumilikdə, avqustda xarici ölkələrdən Ukrayna bazarına idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəfə artaraq 37,4 min ton təşkil edib.

Belə ki, ötən ay Litvadan Ukraynaya 5,4 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 36% çoxdur.

Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 27,6 min ton aviasiya yanacağı tədarük edilib.

Bundan başqa, ötən ay Yunanıstan Ukraynaya 4,4 min ton aviasiya yanacağı tədarük edib.

Bu ilin yanvar-avqust aylarında isə Ukraynaya 89,6 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 21 % çoxdur.

Bu ilin 8 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 30 % azalaraq 31,8 min ton təşkil edib. Bu müddət ərzində Belarusdan Ukraynaya 4 dəfə artaraq 42,3 min ton təşkil edib.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac …