Bazar ertəsi , Oktyabr 21 2019
Home / iqtisadiyyat / SOCAR küləyə görə 500-dən çox neftçini təxliyyə etdi

SOCAR küləyə görə 500-dən çox neftçini təxliyyə etdi

Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb.

Məlumatda deyilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır:

“Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-də səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir”.

Həmçinin oxuyun

Azərbaycanda 9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 …