Şənbə , Dekabr 14 2019
Home / iqtisadiyyat / SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib

SOCAR və “Fənərbağça” sponsorluq iddialarını təkzib edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Report-a açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib. 

“Mütəmadi olaraq bu cür şayiələr ortalığa atılır. Bizim konkret bu istiqamətdən sponsorluq planımız yoxdur”, – o vurğulayıb.

“Fənərbağça” klubu da İctimaiyyəti Məlumatlandırma Platformasında açıqlama yayaraq, xəbəri təkzib edib:

“Bəzi xəbər saytlarında ve sosial mediada “Fənərbağça”nın ad hüququnun 15 il müddətində satılması ilə bağlı şirkət adı və məbləğ göstərilməklə, danışıqlar aparıldığı yönündə məlumatlar yer almaqdadır. Həqiqəti əks etdirməyən bu xəbərlərə inanmamağı sərmayədarlarımızın diqqətinə çatdırırıq”.

Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb.

Eyni zamanda, “Red Bull” şirkətinin də belə bir niyyətinin olduğu bildirilib.

Həmçinin oxuyun

MÜSİAD-ın təşkilatçılığı ilə 2021-ci ildə Azərbaycanda beynəlxalq biznes forum keçiriləcək

Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD  – Müstakil Sanayici ve İşadamları Derneği) təşkilatçılığı ilə …