Bazar , Sentyabr 19 2021
Home / iqtisadiyyat / STAR neft emalı zavodu neft idxalını artırıb

STAR neft emalı zavodu neft idxalını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2020-ci ilin oktyabrında 877 550 ton xam neft idxal olunub. Ötən ilin eyni dövründə zavod 853 752 ton neft idxal etmişdi.

MEDİAKTİV.AZ bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR 577 304 ton dizel yanacağı və 4 099 ton aviasiya kerosini istehsal edib.

Qeyd edək ki, STAR neft emalı zavodunun açılışı 2018-ci il oktyabrın 19-da baş tutub. Zavodun istehsal gücü ildə 10 milyon ton təşkil edir.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 40 faizdən çox artıb

2021-ci il ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11,194 milyard kubmetr qaz ixrac …