Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / iqtisadiyyat / “Volkswagen” “Bugatti”ni satır

“Volkswagen” “Bugatti”ni satır

Almaniyanın aparıcı avtomobil istehsalçısı “Volkswagen” (VW) 22 ildir ki, sahibi olduğu, Fransanın idman avtomobili istehsalçısı “Bugatti”ni Xorvatiyanın avtomobil istehsalçısı “Rimac”a satmağa hazırlaşır.MediAktiv.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə,  “Volkswagen” bundan sonra diqqətini elektrikli və sürücüsüz avtomobil istehsalına yönəldəcək. 

Xatırladaq ki, “Bugatti”ni 1909-cu ildə Fransanın Myuluz şəhərində eyni adlı şəxs yaradıb. Şirkət 1998 ci ildə “Volkswagen”ə satılıb.

Həmçinin oxuyun

Qubadlının inkişaf perspektivləri: Aqrar, tikinti, emal və hasilat sənayesi

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı rayonu Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. Qeyd edilən …