Cümə axşamı , Oktyabr 24 2019
Home / Kriminal / 14 yaşlı biznesmen oğlunun öldürdüyü qadının meyiti ortada qalıb

14 yaşlı biznesmen oğlunun öldürdüyü qadının meyiti ortada qalıb

Xəyalənin meyiti hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyitini yerdə qoymasınlar.

Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun “Porcshe”’ markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.

Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş:
“Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü isə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün “Razin”də gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib”’.

Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: “Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçməliyik”’.

Həmçinin oxuyun

3 qat DÜNYA ÇEMPİONU öldürüldü

Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir