Çərşənbə , İyun 26 2019
Home / Kriminal / “Porsche” ilə adam öldürən 14 yaşlı oğlanı hansı cəza gözləyir?

“Porsche” ilə adam öldürən 14 yaşlı oğlanı hansı cəza gözləyir?

Qəza törədərək bir nəfərin həyatına son qoyan şəxsin yaşının 14 olması isə onu cinayət məcəlləsi ilə məsuliyyətə cəlb etməkdən məhrum edir.

14 yaşlı uşağı hansı cəza gözləyir?

Bu suala hüquqşünaslar Vüqar Səfərli, Tahir Əlirzayev Ölkə.Az-da cavablandırıb.

Vüqar Səfərli: “Əgər bir şəxs 14 yaşında cinayət törədibsə o yetkinlik yaşına, yəni, 16 yaşına çatmayan şəxsdir. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti az olur. Yetkinlik yaşına çatmayan şəxslər ümumi, ciddi rejimli cəzaçəkmə müəsisələrində cəza çəkmirlər, onlar möhkəm rejimli tərbiyə müəsisələrində cəza çəkirlər.

Həmin uşağa özü istəməsə belə dövlət tərəfindən vəkil təyin olunacaq. Həmin şəxs cinayət məsuliyyəti ilə mühakimə olunmağa yaş həddində belə deyilsə, istənilən halda hakim ona yüngül hökm oxuyacaq”.

Tahir Əlirzayev: Cinayət məcəlləsinə görə 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. 16 yaşı tamam olmayıbsa, o şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun barəsində tərbiyəvi tədbirlər görüləcək. Uşaqların tərbiyə müəssələri var, 16 yaşı tamam olmayan şəxslər oraya yerləşdirilir. Bu isə cəza deyil.

Atanın səhlənkarlığı, ehtiyatsızlığı da müəyyən olunmalıdır. Əgər atanın səhlənkarlığı, ehtiyatsızlığı müəyyən olunarsa atanın məsuliyyəti yaranacaq. Əgər məlum olsa ki, atanın xəbəri olmadan uşaq gedib maşını götürüb sürübsə həmin uşaq cinayət məsuliyyətinə cəlb edilmir.

Uşağın vurduğu maddi və mənəvi zərərə görə valideyinləri məsuliyyət daşıyır. Uşağa cinayət məcəlləsi ilə cəza verilməyəcək”.

Qeyd edək ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki ”Badu kubə” restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq “MOHİTO” və “PARODİZ” klublarını, Novxanıdakı ”Kalyon” restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Həmçinin oxuyun

Azərbaycanda keçmiş məmurun evindən 50 min manat və 20 min dollar oğurlandı

Azərbaycanda Dairə Seçki Komissiyasının (DSK) keçmiş üzvünün evindən külli miqdarda pul oğurlanıb.  Mediaktiv.az Milli.Az-a istinadən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir