Şənbə , Sentyabr 21 2019
Home / Kriminal / Toyda “qan düşüb”

Toyda “qan düşüb”

      Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.

     Mediaktiv.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb. Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N.Mirzəyev odlu silahdan atəş açaraq M.Zalovu yaralayıb. Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, M.Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.

   İlkin tibbi yardım göstərildikdən sonra M.Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Həmçinin oxuyun

3 qat DÜNYA ÇEMPİONU öldürüldü

Rusiya Federasiyasının tərkibinə daxil olan Saxa Muxtar Respublikası ərazisində yaşayan 3 qat dünya çempionu qətlə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir