Şənbə , May 15 2021
Home / Manşet / Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısına dəyişiklik edilib – Fərman

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək müəssisələrin siyahısına dəyişiklik edilib – Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 11-ci hissəsi və 16.2 – 16.5-ci bəndləri ləğv edilir.

Həmin bəndlər “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcəyini nəzərdə tuturdu.

Həmçinin oxuyun

Əfqanıstan prezidenti İlham Əliyevə zəng edib

Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla …