Bazar , Sentyabr 19 2021
Home / Manşet / Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq və əməkdaşlıq daha da güclənəcək – Pakistan Ombudsmanının müşaviri

Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq və əməkdaşlıq daha da güclənəcək – Pakistan Ombudsmanının müşaviri

Azərbaycan və Pakistan arasında qardaşlıq və əməkdaşlıq daha da güclənəcək.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

Muhammad Javed Ghani Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edib: “Biz torpaqlarını işğal azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək”.

Həmçinin oxuyun

Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Dünən Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və …