Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Manşet / Azərbaycanda “McDonald’s”dan imtina ilə bağlı kampaniya başlayıb

Azərbaycanda “McDonald’s”dan imtina ilə bağlı kampaniya başlayıb

Azərbaycanda fast-fud (ayaqüstü yemək) şəbəkəsini quran “McDonald’s” şirkəti öz sosial şəbəkə hesablarında Vətən müharibəsində ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterlər paylaşmışdı. Lakin, bir müddət sonra ermənilərin təzyiqinə görə həmin postların hamısı silinib. Şirkət əvvəlki postları silməklə “yemək və xoş anlar”dan bəhs edən post paylaşıb, öncəki etdiklərinə görə auditoriyadan üzr istəyib.

Bu məsələ Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılanıb. Sosial şəbəkələrdə hər kəsin “McDonald’s” şirkətinin məhsullarından imtina edilməsi ilə bağlı çağırış yer alıb. Buna səbəb kimi isə “McDonald’s”ın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi göstərilib.

Hətta Bakının mərkəzində yerləşən bir “McDonald’s” restoranın qabağında oraya daxil olmaq istəyən şəxslərə məlumat verən könüllülər, onları bu addımdan çəkinməyə, şirkətin təqdim etdiyi fast-fuddan imtina kampaniyasına qoşulmağa çağırıblar. Nəticədə “McDonald’s”ın müştərilərinin sayı kəskin şəkildə azalıb.

Həmçinin oxuyun

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. MediAktiv.az xəbər verir …