Bazar , Oktyabr 18 2020
Home / Manşet / Erməni təxribatı nəticəsində ümumən ölənlərin sayı 60-a çatdı – Prokurorluq

Erməni təxribatı nəticəsində ümumən ölənlərin sayı 60-a çatdı – Prokurorluq

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

Baş Prokurorluqdan MediAktiv.az-a verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 dinc sakin ölüb.

Hadisələr nəticəsində 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası, 327 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Həmçinin oxuyun

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü qeyd olunur

Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur. MediAktiv.az-ın məlumatına görə, XX yüzilliyin sonlarında SSRİ-nin …