Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Manşet / Ermənistan ordusunun polkovniki məhv edildi

Ermənistan ordusunun polkovniki məhv edildi

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Bu barədə MediAktiv.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

Həmçinin oxuyun

Naxçıvanda şəhidlərin qarşılanma mərasimi olub

Hər bir ordunun gücü onun şəxsi heyətinin vətənpərvərliyində və birliyindədir. Vətənpərvərlik, birlik həm də ölkənin …