Cümə , Yanvar 22 2021
Home / Manşet / İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər

İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu “Airthings Masters” şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər.

MEDIAKTIV.AZ xəbər verir ki, təbrikdə deyilir:

Əziz Teymur,

“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.

Həmçinin oxuyun

Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır

2021-ci il də artıq qələbələrlə başlayır. MEDIAKTIV.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya …