Cümə axşamı , Fevral 18 2021
Home / Manşet / İnsan sağlamlığı dövlət siyasətinin əsas prioritetidir – FOTO

İnsan sağlamlığı dövlət siyasətinin əsas prioritetidir – FOTO

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.

MEDİAKTİV.AZ xəbər verir ki, yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb.

Məlumat  verilib  ki,  ambulatoriya 8 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, doğuş, peyvənd, manipulyasiya, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Ambulatoriyada elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası vardır.  

Ali Məclisin Sədri patronaj xidmətinin, yaş qruplarına uyğun işin təşkili, ambulatoriyada fəaliyyət göstərən aptekin tələbata uyğun dərman preparatları sifarişinin verilməsi və tibbi maarifləndirmə işinin aparılması barədə tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb.

Həmçinin oxuyun

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilib – FOTO

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis …