Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Manşet / MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

MN: Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Bu barədə MediAktiv.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Həmçinin oxuyun

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. MediAktiv.az xəbər verir …