Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Manşet / Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli atılıb

Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli atılıb

MEDIKATIV.AZ xəbər verir ki, dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxıb.

Məlumat verilib ki, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaqdır. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaqdır. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaqdır.

Ali Məclisin Sədri yaşayış kompleksinin təməlini atıb, tikintinin keyfiyyətlə aparılması və mənzillərin sərfəli ipoteka şərtləri ilə gənc ailələrə satışı barədə tapşırıqlar verib.

Həmçinin oxuyun

İlham Əliyev və Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli Beynəlxalq Hava …