Çərşənbə , May 12 2021
Home / Manşet / Vətən müharibəsində döyüşən hərbiçilərimiz Naxçıvana qayıdıb- FOTOREPORTAJ

Vətən müharibəsində döyüşən hərbiçilərimiz Naxçıvana qayıdıb- FOTOREPORTAJ

iştirak edən və döyüş tapşırıqlarını uğurla yerinə yetirən hərbi qulluqçularının bir qrupu Naxçıvana geri qayıdıb.

MediAktiv.az-ın məlumatına görə, şərəfli döyüş yolu keçən qəhrəman Vətən oğullarını Sədərək gömrük-keçid məntəqəsindən etibarən yüzlərlə sakin izdihamlı şəkildə müşayiət edib, yolboyu üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycanın ərazi bütövlüyü, qəhrəman döyüşçülərimizin şücaəti ilə bağlı şüarlar səsləndirilib.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq noyabrın 10-dək davam edən, müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən Azərbaycan Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak edib, döyüşlərdə göstərdikləri böyük şücaət və qəhrəmanlıqları ilə seçiliblər. 

MediAktiv.az həmin görüntüləri təqdim edir.

FOTO: Şahin Məmmədov

Həmçinin oxuyun

Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir. MEDIAKTIV.AZ xəbər verir ki, bu …