Cümə , Noyabr 27 2020
Home / Manşet / “Yeşil İğdır” qəzetinin binasında Türkiyə və Azərbaycan bayraqları dalğalanır

“Yeşil İğdır” qəzetinin binasında Türkiyə və Azərbaycan bayraqları dalğalanır

Yeşil İğdır” qəzetinin binasında Türkiyə və Azərbaycan bayraqları dalğalanır.

“Yeşil İğdır” qəzetinin yerləşdiyi inzibati binaya Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə iş adamı Abdin Öztürk tərəfindən 96 kvadratmetrlik Türkiyə və Azərbaycan bayraqları asılıb.

MediAktiv.az-ın verdiyi məlumata görə, tədbirdə iştirak edən “Yeşil İğdır” qəzetinin baş readaktoru Cabbar Şıktaş bildirib ki, bu gün İğdırda ən böyük Türkiyə və Azərbaycan bayraqlarını buraya asmaqdan qürur duyuruq. İki dövlət bir millət sevgisindən doğan hisslərlə Türkiyə və Azərbaycan bayraqları ilə həm Cümhuriyyət bayramımızı qeyd edir, həm də ermənilərin Azərbaycana və mülki əhaliyə qarşı təcavüzkar hücumlarına cavab olaraq Azərbaycanın yanında olduğumuzu bildiririk. Ermənilər bilməlidirlər ki, Qarabağ tam azad olunduqda bu bayraqlar orada dalğalanacaq.

Qeyd edək ki, qardaş Türkiyənin İğdır şəhəri də daxil olmaqla digər bütün şəhərlərində Türkiyə və Azərbaycan bayraqları Azərbaycanın vətən müharibəsinə dəstək məqsədilə asılıb.

Həmçinin oxuyun

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı …