Bazar ertəsi , May 10 2021
Home / Manşet / Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq

Zəngilandan Naxçıvana avtomobil yolu salınacaq

“Mincivan qəsəbəsində dəmir yolu stansiyası yerləşib. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışdılar. Relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkam qurmuşdular. Biz yenidən dəmir yolunu çəkəcəyik”.

MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilən Zəngilan rayonuna səfəri zamanı deyib.

“Bu işlərə start verilib və Horadiz qəsəbəsində bir müdət əvvəl Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoyduq. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsi ilə birləşdirəcək.

Əslində Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib, Naxçıvana dəmiryolu açacaq. Həmçinin, avtomobil yolu da açılacaq”, deyə dövlət başçısı bildirib.

Həmçinin oxuyun

Elçin Quliyev: “Haropların vurma qabiliyyəti 97 faizdir”

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nın hərbi hissəsinin açılışı …